YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Naqif Həmzəyev növbəti dəfə seçiciləri ilə bir araya gəlib

Milli Məclisin deputatı Naqif Həmzəyev tərəfindən mütəmadi olaraq həyata keçirilən vətəndaş qəbulu, sakinlərin irad və təkliflərini dinləməyə və onları narahat edən məsələlərin həllinə xidmət edir. Budəfəki görüşdə  də millət vəkili qəbula gələn vətəndaşları, qazi və şəhid ailələrini ayrı-ayrılıqda qəbul edərək, onları narahat edən məsələləri dinləyərək, yaxından tanış olub. Təhsil, sosial, hüquqi və tibbi yardımların göstərilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, özlərinin və ya ailə üzvlərinin işlə təmin edilməsinə köməkliyin göstərilməsi kimi müraciətlərin bir çoxu yerindəcə öz həllini tapıb. Səsləndirilən bəzi müraciətlərin araşdırılması və tez bir zamanda həll olunması üçün, qeydlər götürülərək, bununla bağlı aidiyyatı qurumlara məlumat veriləcəyi diqqətə çatdırılıb.

Şəhid ailələri və qazilərin qayğıları ilə ətraflı maraqlanan Naqif Həmzəyev onları narahat edən problemlərin və qayğıların aradan qaldırılması üçün hər zaman hazır olduqlarını ifadə edib.

Səmimi qəbul vətəndaşlar tərəfindən müsbət qarşılanıb.