YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Hacıyev: Ermənistanın yerləşdirdiyi minalar əhalinin təhlükəsizliyi üçün ciddi təhdid yaradır

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə əlaqədar şəxsi “Twitter” hesabında paylaşım edib.

Paylaşımda deyilir: “2005-ci ildə BMT 4 aprel tarixini Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü elan edib.

Ermənistan tərəfindən yerləşdirilən minalar mülki əhalinin təhlükəsizliyi, sağlamlığı və həyatı üçün ciddi təhdid yaradır və azad edilmiş torpaqlarda sosial və iqtisadi inkişafa mane olur”.