YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP-ın Sədr müavini – İcra katibi Əli Əhmədov Norveçin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Baard İvar Svendsen ilə görüşmüşdür

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədov fevralın 10-da Norveçin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Baard İvar Svendsen ilə partiyanın mənzil - qərargahında görüşmüşdür. 

Əli Əhmədov səfirin maraq dairəsinə uyğun olaraq, Azərbaycanın siyasi mənzərəsi,   Yeni Azərbaycan Partiyasının yaranma tarixi, keçdiyi inkişaf yolu, ictimai-siyasi həyatda mövqeyi və beynəlxalq əlaqələri barədə məlumat vermişdir.

Sonuncu dəfə Azərbaycanda beş il əvvəl olduğunu qeyd edən səfir Baard İvar Svendsen ölkəmizdə möhtəşəm inkişafın şahidi olduğunu diqqətə çatdırmışdır. Norveç səfiri Azərbaycanda son illər ərzində güclü  iqtisadi inkişaf fonunda sosial durumun xeyli dəyişdiyini, əhalinin, o cümlədən qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin kifayət dərəcədə yaxşılaşdığını  qeyd etmişdir.

Görüşdə Azərbaycan və Norveç arasında əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinin hər iki ölkə üçün əhəmiyyəti vurğulanmış, qarşılıqlı əlaqələrin inkişaf perspektivləri barədə ətraflı  fikir mübadiləsi aparılmışdır.

 

DİGƏR Partiya xəbərləri Arxiv