YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ucar rayon təşkilatının üzvləri şəhid Elnur Hacıyevin ailəsini ziyarət etmişlər

YAP Ucar rayon təşkilatının üzvləri Ucar şəhərində "Şəhid ailələrinə qayğı"aksiyası çərçivəsində 12 iyun 1979-cu ildə Ucar rayonunda anadan olmuş, Heydər Əliyev adına Ali Hərbi məktəbin yetirməsi,17 oktyabr 2020-ci ildə Fizuli rayonunun azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuş mayor Hacıyev Elnur Yaqub oğlunun ailəsini ziyarət etmişlər.

Elnur Hacıyev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "3-cü dərəcəli" Vətən xidmətə görə"ordeni və "Vətən uğrunda"medalı ilə təltif olunmuşdur.

Görüçdə şəhid ailələrinin üzvləri  göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.