Xəbərlər
Qırğızıstanın müdafiə naziri Azərbaycana rəsmi səfərə gələcək
Fevralın 10-da Qırğızıstan Respublikasının müdafiə naziri Abibilla Kudayberdiyev Azərbaycan Respublikasına rəsmi səfərə gələcək.
Səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü planlaşdırılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, A.Kudayberdiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzi ilə tanışlığı gözlənilir.
Qırğızıstan müdafiə nazirinin ölkəmizə səfəri fevralın 13-dək davam edəcək.