YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Azərbaycan informasiya müharibəsində qələbələr qazanır

“Prezident İlham Əliyev fevralın 26-da beynəlxalq media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı ilə dünyaya daha bir nümunə göstərdi və daha bir ilkə imza atdı”. Bu fikirləri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Sevinc Hüseynova bildirib ki, Prezident İlham Əliyev regionda real vəziyyəti xarici media nümayəndələrinə aydın şəkildə izah etdi, onları maraqlandıran suallara tam aydınlıq gətirdi və ölkəmizin qəti mövqeyini ortaya qoydu. Cənab Pezident İlham Əliyev həmişə olduğu kimi yüksək natiqlik, peşəkarlıq və səbrlə bütün sualları müfəssəl şəkildə, real faktlara əsaslanaraq cavablandırdı.

Millət vəkilinin fikrincə, mətbuat konfransının Xocalı soyqırımı gününə təyin edilməsi isə xüsusi önəm kəsb edirdi. Xarici media nümayəndələrinin həmin gün Bakıda olması və xalqımızın bu soyqırımı dərin hüznlə qeyd etdiyini öz gözləri ilə görmələri erməni vandalizminin, vəhşiliyinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edirdi. Cənab Prezident eyni zamanda bu mətbuat konfransı zamanı ermənilərə və onların havadarlarına ciddi mesajlar verdi və Ermənistanda revanşist iddialar səsləndirən qüvvələrə öz yerlərini göstərdi.

Deputat bu mətbuat konfransının Azərbaycanın siyasi məkanda, xüsusilə informasiya müharibəsində növbəti qələbəsi olduğunu diqqətə çatdırıb: “Cənab Prezident eyni zamanda mətbuat konfransında qərəzli suallar verməyə cəhd edən jurnalistlərə də lazmi şəkildə cavab verdi, onların suallarının heç bir əsası olmadığını aydın şəkildə izah edərək onlara dərs verdi. Azərbaycan döyüş meydanında qələbəni siyasi meydanda, informasiya müharibəsində də davam etdirir və cənab Prezident bu qələbələrimizə rəhbərlik edir”.

DİGƏR Xəbərlər Arxiv