YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mühsin Rezayi: Azərbaycan beynəlxalq hüquq normalarına uyğun olaraq hərbi əməliyyatlar aparıb öz torpaqlarını geri qaytardı

Azərbaycan İranın sadəcə olaraq qonşusu deyil, bizim dinimiz, mədəniyyətimiz eynidir. Biz müştərək tarixə malik xalqlarıq.

Bu sözləri İran Konstitusiya Quruluşunun Mühafizə Şurasının katibi Mühsin Rezayi Qumda keçirilən beynəlxalq Qarabağ konfransında deyib. O bildirib ki, Ermənistan Dağlıq Qarabağda yaşayan erməniləri müdafiə etmək bəhanəsi və bəzi dövlətlərin təhriki ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğal etdi. Lakin Azərbaycan beynəlxalq birliyin biganəliyini və ikili standartlardan çıxış etməsini gördükdə öz torpaqlarını azad etmək qərarını verdi və Qarabağı azad etdi. Azərbaycan beynəlxalq qanunlara və hüquq normalarına uyğun olaraq hərbi əməliyyatlar apararaq öz torpaqlarını geri qaytardı.

M.Rezayi nəzərə çatdırıb ki, İran Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyır. O vurğulayıb ki, regionda sülh və əmin-amanlıq daimi olmalıdır.