YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Azərbaycan xalqı Xocalı qurbanlarını unutmur

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi Əli Əhmədov özünün rəsmi facebook səhifəsində Xocalı faciəsinin ildönümü ilə bağlı fikirlərini paylaşmışdır. Əli Əhmədovun bu paylaşımını oxucularımıza təqdim edirik: “XX əsrin ən qanlı faciələrindən olan Xocalı qətliamının 29-cu ildönümü qeyd edilir. Erməni millətçiləri və faşistləri bir gecənin içində uşaqlar, qadınlar, qocalar da daxil olmaqla 613 nəfər qətlə yetirdilər, dinc Azərbaycan şəhəri tamamilə məhv edildi.

Azərbaycan xalqı Xocalı qurbanlarını unutmur. Xocalı faciəsinin dəhşətlərini artıq dünya da dərk etməyə və etiraf etməyə başlayıb. Erməni qəddarlığının və vəhşiliyinin siması Xocalı hadisəsi nəticəsində ifşa edildi.

Tökülən günahsız qanlar heç zaman yerdə qalmır. 44 gün davam edən Vətən müharibəsində erməni vəhşiliklərinə layiqli cavab verildi, şəhidlərin, günahsız qurbanların qisası alındı.

Vətən müharibəsindən sonra Azərbaycanda, bütünlükdə Cənubi Qafqazda yeni həyat başlamışdır. Lakin Xocalı qətliamı, onun qurbanları heç zaman unudulmamalıdır və unudulmayacaq. Bu bizim üçün qan yaddaşı, dünya üçün isə erməni faşizminin qəddarlığının və vəhşiliyinin simvolu kimi yaşamalıdır.

Allah Xocalı şəhidlərinə, Vətən yolunda canını qurban vermiş bütün şəhidlərimizə rəhmət etsin”.