YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının keçmiş sovet məkanına kuratorluq edəcək ofisi Moskvada açılacaq

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Moskvada əlaqələr üzrə şöbə açacaq. Qəbul edən ölkə ilə FAO-nun mənzil qərargahında imzalanmış sazişin şərtlərinə görə yeni şöbə bu il fəaliyyətə başlayacaq.
Təşkilatın baş direktoru Joze Qratsiano da Silva deyib: “Fəaliyyətimizin mərkəzində təkcə Rusiya Federasiyası deyil, keçmiş sovet məkanının bütün ərazisi olacaq”.
FAO-nun baş direktoru həmçinin qeyd edib ki, tərəfdaşlığın inkişafında növbəti addım Rusiya Federasiyası ilə FAO arasında kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində strateji əməkdaşlığa dair Çərçivə Sazişinin hazırlanması olacaq.
Tərəfdaşlıq çərçivəsində Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz ölkələri ilə layihələrin həyata keçirilməsinə xüsusi diqqət ayrılacaq.

 

DİGƏR Xəbərlər Arxiv