YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Keçmiş Yuqoslaviya Makedoniya Respublikasının Prezidentinin III Açıq Cəmiyyətlər Forumunda iştirakı gözlənilir

Keçmiş Yuqoslaviya Makedoniya Respublikasının Prezidenti George İvanovun bu ilin aprelində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçiriləcək III Açıq Cəmiyyətlər Forumunda iştirakı gözlənilir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a verilən məlumata görə, “Yeni dünya düzənində etimadın bərpa olunması” mövzusuna həsr olunan III Açıq Cəmiyyətlər Forumunun əhəmiyyətini yüksək qiymətləndirən George İvanov hesab edir ki, bu tədbir çox sayda hazırkı, eləcə də sabiq dövlət və hökumət başçılarının, siyasi liderlərin, nüfuzlu beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələrinin fikir mübadiləsi aparması və təcrübələrini paylaşması baxımından əla imkandır. Onun fikrincə, Forum rəhbərlik etdikləri müddətdə böyük təcrübə qazanmış və müəyyən dəyişikliklər etməyə çalışmış siyasi liderlərin dünyanı narahat edən məsələlərin ən uyğun həll yollarının tapılması istiqamətində kollektiv fəaliyyətinə şərait yaradır.
Qeyd edək ki, bu il aprelin 27-30-da keçiriləcək III Açıq Cəmiyyətlər Forumunda etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı kimi bir sıra qlobal problemlər geniş müzakirə ediləcək.