YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Hüseynova: Biz dinlərə elm, mədəniyyət və əxlaq nümunəsi kimi yanaşmalıyıq

«Bu gün yetişməkdə olan gənc nəslin inkişafı xüsusilə diqqət mərkəzinə olmalıdır». Bu fikri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynova bildirib ki, ilk növbədə maarifləndirmə işi daha da gücləndirilmədir. Onun fikrincə, çalışmaq lazımdır ki, gənclər zərərli vərdişlərə, dini radikalizmə yönəlməsinlər.

«İlk növbədə, qızlarımızın, qadınlarımızın maarifləndirilməsinə xüsusi diqqət göstərilməlidir. Reytinq və sensasiya xarakterli materiallar bir çox hallarda mənfi nəticələrə gətirib çıxarır. Biz dinlərə elm, mədəniyyət və əxlaq nümunəsi kimi yanaşmalıyıq»- deyə, Dövlət Komitəsinin sədri vurğulayıb.