YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Bərdə rayon təşkilatının üzvləri “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində görüşlərini davam etdirir

Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının üzvləri Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların ailələrini “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində ziyarət edirlər.

Rayon təşkilatının sədri Fəqət Şadlinskaya və bir qrup partiya fəalı hərbi əməliyyatlar zamanı şəhidlik zirvəsinə yüksəlmiş Kələntərli kəndindən olan hərbi qulluqçu Yaqublu Yaqub İlham oğlunun ailəsinə baş çəkib, qayğıları ilə maraqlanıblar. Görüş zamanı şəhidin keçdiyi döyüş yolundan söhbət açılıb. Bildirilib ki, Yaqub Yaqublu sentyabr ayının 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlayan Vətən müharibəsi zamanı Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Növbəti döyüşlərin birində qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Partiya fəalları ailənin çətinlikləri ilə maraqlanıb və bəzi problemlərinin həlli üçün köməklik göstəriblər.