YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Qurbanlı: Cəmiyyətdə din-ailə münasibətləri geniş müzakirə edilməlidir

Ailə institutunun daha da möhkəmləndirilməsi üçün cəmiyyətdə din-ailə münasibətləri geniş şəkildə müzakirə edilməlidir. Bəzi yerlərdə gənclər erkən yaşda ailə qurmağa sövq edilirlər. Bunu hər hansı formada bəzən dinlə bağlamaq istəyirlər.
Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında bildirib.
Komitə sədri deyib: Vətəndaşlarımıza izah edilməlidir ki, ailə qurmaq hüquqi məsələdir və dövlətin müəyyən etdiyi qanunlarla tənzimlənməlidir. Bu məsələlərdə hər hansı dini ehkamı ortaya qoyaraq bundan istifadə etmək doğru deyil.
M. Qurbanlı bildirib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə tədbirlər planına əsasən, bu istiqamətdə işlər görüləcək.