YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP-ın Siyasi Şurasının üzvü Asəf Hacıyev Avropa Xalqları Partiyasının rəhbərliyi ilə görüşmüşdür

YAP-ın Siyasi Şurasının üzvü Asəf Hacıyev Brüsseldə Avropa Xalqları Partiyasının (AXP) qərargahında olmuşdur.

Asəf Hacıyev Avropa Parlamentinin deputatları, AXP-nin prezidenti Cosef Doull, AXP-nin Baş katibi Antoni Lopez-İsturiz, AXP-nin Baş katibinin müavini Kristian Kremer və AXP-nin xarici əlaqələr şöbəsinin rəhbəri Patrik Vollerlə görüşmüşdür.

Görüş zamanı ikitərəfli münasibətlər, Yeni Azərbaycan Partiyası ilə AXP-nin gəncləri arasında əlaqələr və gələcəkdə birgə tədbirlərin keçirilməsi məsələsi müzakirə olunmuşdur. Müzakirələr zamanı YAP-ın Asiyanın siyasi qurumlarında aktiv fəaliyyəti müsbət qiymətləndirilmiş və bu qurumlarla AXP-nin əlaqələrinin möhkəmləndirilməsi məsələləri müzakirə olunmuşdur.

Asəf Hacıyev YAP-ın rəhbərliyi adından AXP-nin rəhbərliyini ölkəmizdə son illərdəki inkişafla əyani tanış olmaq və partiyalararası dialoqu davam etdirmək məqsədilə Azərbaycana dəvət etmişdir. Dəvət məmnuniyyətlə qəbul olunmuşdur.

Qeyd edək ki, AXP bu gün Avropa Parlamentində ən böyük fraksiyadır və 40  ölkədən olan 70-ə yaxın siyasi partiyanı birləşdirir.