YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Uğurlu siyasət nəticəsində ölkəmiz daha böyük uğurlara imza atacaq

Azərbaycanda uğurlu sosial-iqtisadi siyasət nəticəsində son 11 il ərzində ümumdaxili məhsul 3,4 dəfə, sənaye istehsalı isə 2,7 dəfə artıb. Bu fikri Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Xanhüseyn Kazımlı deyib.

X.Kazımlı bildirib ki, ölkəmizin valyuta ehtiyatlarının 2004-cü illə müqayisədə 1,8 milyard ABŞ dollarından 50 milyard ABŞ dollarına çatdırılıb. Onun sözlərinə görə, 2003-2014-cü illər ərzində ölkə iqtisadiyyatına 180 milyard ABŞ dolları həcmində investisiya qoyulub.

«Bu müddət ərzində 1  milyon 360 min yeni iş yeri açılıb, bununla da işsizlik və yoxsulluğun səviyyəsi 5 faizə enib. Güclü iqtisadiyyata əsaslanan sosial islahatların nəticəsi kimi orta aylıq əmək haqqı artırılaraq 100 ABŞ dollarından 565 ABŞ dollarına, orta aylıq təqaüd 24 ABŞ dollarından 221 ABŞ dollarına çatdırılıb, habelə 3 minə qədər məktəb binası, 560 tibb müəssisəsi müasir standartlara uyğun olaraq  tikilib, bəziləri isə əsaslı təmir olunaraq istifadəyə verilib. Bütün bunlar ölkəmizdə uğurlu sosial-iqtisadi siyasətin bariz göstəriciləridir. Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin siyasəti nəticəsində ölkəmiz daha böyük uğurlara imza atacaq»- deyə, komitə üzvü qeyd edib.