YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Flora Qasımova: Azərbaycan xalqının başına gətirilən bütün faciələrdə erməni izi var

«Azərbaycan xalqının başına gətirilən bütün faciələrdə erməni izi var. Təəssüf ki, bir sıra beynəlxalq təşkilatlar işğalçı Ermənistana qarşı ciddi addımlar atmır». Bu fikirləri Milli Məclisin deputatı Flora Qasımova deyib.

F.Qasımova bildirib ki, xüsusilə ATƏT-in Minsk qrupunun fəaliyyəti təəssüf doğurur. Onun sözlərinə görə, həmsədrlər işğalçı tərəfə qarşı beynəlxalq hüquq mövqeyindən çıxış etmir.

«Həmsədrlər həmişə bildirirlər ki, münaqişə sülh yolu ilə həll olunmalıdır. Ermənistan da özünə qarşı ciddi bir adımların atılmadığını görərək sülh prosesinin imitasiyası ilə məşğuldur və münaqişənin ədalətli həllinə maraqlı deyil. Azərbaycan vətəndaşları, o cümlədən, qaçqın və məcburi köçkünlər isə 20 ildən çoxdur ki, münaqişənin ədalətli həlli gözləyir. İşğalçı Ermənistan isə həm özünün havadarlarına, həm də həmsədrlərin mövqeyinə arxayın olaraq torpaqlarımızı hələ də işğal altında saxlayır. Əgər belə olmasaydı, erməni tərəfi Kəlbəcərdə 1 vətəndaşımızı öldürməz, 2 nəfərə qarşı isə qondarma məhkəmə işi qurmazdı»- deyə, F.Qasımova qeyd edib.