YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Milli Prioritetlər mühüm dövlət konsepsiyasıdır

“Prezident İlham Əliyevin ötən dövr ərzində həyata keçirdiyi uğurlu siyasət nəticə etibarilə ölkəmizin sosial-iqtisadi, o cümlədən  hərbi gücünü daha da yüksəldib. Bu nailiyyətlər torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi qələbəyə transformasiya olundu. Azərbaycan inkişaf edir, yeni qlobala meyaralara uyğun iqtisadi islahatlar həyata keçirir. Respublikamız postpandemiya və postkonflikt dövrünə qədəm qoyur”. Bu fikirləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Məlahət İbrahimqızı bildirib ki, yeni mərhələdə müəyyən edilmiş strateji hədəflərə çatmaq üçün konseptual dövlət sənədi - “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” hazırlanıb və dövlətimizin başçısı tərəfindən təsdiq edilib.

Millət vəkilinin sözlərinə görə, Milli Prioritetlər mühüm dövlət konsepsiyasıdır, burada nəzərdə tutulan tədbirlər həddindən artıq geniş və çoxşaxəlidir və bir çox dövlət orqanları qarşısında mühüm vəzifələr durur. Ona görə də, Milli Prioritetlərə əsasən, müxtəlif proqram və layihələr hazırlanacaq.

Deputat qeyd edib ki, Azərbaycan Ordusu cənab Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində işğalçı Ermənistan üzərində parlaq qələbə qazanaraq işğal altındakı tarixi torpaqlarımızı azad etdi: “Azərbaycan hazırda yeni bir dövrə qədəm qoyub, öz doğma torpaqlarından köçkün düşən insanların dayanıqlı məskunlaşmasının təmin edilməsi və bu ərazilərin ölkənin iqtisadi-sosial həyatına qoşulması üçün işlər həyata keçirilməkdədir. Məhz bu məqsədlə Milli Prioritetlərin ən mühüm hədəflərindən biri də Böyük Qayıdışa uyğun proqramların hazırlanması və icrasıdır. Bu hədəf üzrə işlər tamamilə yeni reallıqlar əsasında Azərbaycanın inkişafında yeni bir mərhələnin başlanması deməkdir. Qarabağ bölgəsi zəngin iqtisadi sərvətlərə, istehsal, ixrac üzrə rəqabətqabiliyyətli istehsal drayverlərinə, eyni zamanda, geoiqtisadi və strateji logistika, nəqliyyat imkanlarına malik bölgədir. Əvvəlki dövrlərdə olduğu kimi, işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməli, bu region ölkənin ən abad guşələrindən birinə çevrilməlidir. Müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün bütün sahələrdə quruculuğa nail olunmalıdır. Bu, stimullar əsasında və dövlət-özəl tərəfdaşlığının inkişafı çərçivəsində həyata keçirilməlidir. Yalnız belə şəraitdə işğaldan azad olunan ərazilərin Azərbaycanın böyük gələcəyinə tam inteqrasiyasını təmin etmək mümkündür. İşğaldan azad edilmiş ərazilərin ölkənin iqtisadi və sosial simasında tarixi mövqeyi bərpa ediləcək, bölgə iqtisadi fəaliyyətin aparıcı həlqələrindən birinə çevriləcək, ölkənin digər regionlarına uyğun inkişaf səviyyəsinə malik olacaqdır. Nəticədə bu bölgədə yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpa olunması ölkəmizin qlobal bazarlara çıxış imkanlarını artırmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin inkişafına əhəmiyyətli təkan verəcək”.