YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Millət vəkili Naqif Həmzəyev seçiciləri ilə görüşüb

Milli Məclisin deputatı Naqif Həmzəyev növbəti dəfə seçiciləri ilə görüşüb.

 Mütəmadi həyata keçirilən görüşdə millət vəkili seçicilərin və şəhər sakinlərinin problemlərini dinləyib, onları narahat edən məsələlərlə yaxından tanış olub.

İşlə təminat, mənzil - məişət şəraitinin yaxşılaşdırılması, tibbi yardımın göstərilməsi və müxtəlif sosial məsələlərlə bağlı səsləndirilən müraciətlər millət vəkili tərəfində diqqətlə dinlənilərək qeydə alınıb.

Vətəndaşları narahat edən məsələləri ətraflı təhlil edən Naqif Həmzəyev qeyd olunan problemlərin həlli üçün ən qısa müddətdə aidiyyatı qurumları məlumatlandıracağına söz verib.

Millət vəkili vətəndaşlara, həmçinin pandemiya ilə mübarizədə diqqətli olmağı və karantin qaydalarına əməl etməyi tövsiyə edib.