YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Ağalar Vəliyev Milli Qəhrəman Allahverdi Bağırovun ailə üzvləri ilə görüşüb

97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsindən Milli Məclisin deputatı Ağalar Vəliyev Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun ailə üzvləri ilə görüşüb.

Görüşdə millət vəkili bildirib ki, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsi Azərbaycanın böyük hərbi, siyasi və diplomatik qələbəsi ilə başa çatıb, işğal altında olan torpaqlarımız azad olunub və ölkəmizin ərazi bütövlüyü təmin edilib.

Səmimi şəraitdə keçən görüşdə Allahverdi Bağırovun keçdiyi zəngin həyat və şərəfli döyüş yolu ehtiramla xatırlanıb,  onun Birinci Qarabağ Müharibəsindəki xidmətlərinin dövlətimiz tərəfindən yüksək dəyərləndirildiyi vurğulanıb.

Böyük qələbəmizlə nəticələnən Vətən Müharibəsi günlərində bilavasitə cəbhə bölgəsində yerləşən Ağdam rayonunun hər zaman dövlətimizə sədaqəti ilə seçilən sakinləri fədakarlıq nümunəsi göstərərək qələbəmizin əldə olunmasına öz layiqli töhfələrini verib və 53 nəfər Ağdamlı şəhidlik zirvəsinə ucalıb.

Söhbət əsnasında qeyd olunub ki, Ağalar Vəliyevin təşəbüssü və dəstəyi ilə 39 şəhidin mərmərdən məzarüstü abidəsinin hazırlanması, digər aidiyatı qurumlar tərəfindən qəbrüstü götürülən 14 şəhidin ailəsinə maliyyə yardımının göstərilməsi təşkil olunub. Həmçinin Goranboy rayonundan 25, Tərtər rayonundan isə 3 şəhidin dəfn, yas mərasimlərinin keçirilməsi və mərmərdən məzarüstü abidələrinin hazırlanması təmin edilib.

Görüşdə millət vəkili Allahverdi Bağırovun Ağdam şəhərindəki məzarının üzərində abidə kompleksinin yaradılması təşəbüssünü irəli sürüb və ailə üzvlərinə kompleksin ilkin layihəsi təqdim olunub. Şəhidin ailə üzvləri deputatın bu təşəbüssünü məmnunluq hissi ilə qarşılayaraq bəyəndiklərini birdiriblər.

Milli Məclisin üzvü söyləyib ki, işğaldan azan olunan Ağdam şəhərində bərpa, quruculuq və abadlıq işlərinin həyata keçirilməsinə başlanılan zamanda  respublikanın və rayonun aidiyyatı qurumları ilə razılaşdırılmış qaydada, memarlıq və şəhərsalma normalarına uyğun olaraq Milli Qəhrəmanın məzarüstü abidə kompleksi yaradılacaq.

Milli Qəhrəman Allahverdi Bağırovun ailə üzvləri şəhid ailələrinə hər zaman  dövlətimiz tərəfindən  göstərilən hərtərəfli diqqətə və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.