YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Xocalı soyqırımını törədənlər beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər

Xocalı soyqırımını törədənlər beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Azərbaycanlılara qarşı törədilən bu soyqırımı bəşəri cinayətdir.

Bu fikirləri Moldova ombudsmanı Aurelia Qriqoriu söyləyib.

Aureliya Qriqoriu Azərbaycan xalqının başına gətirilmiş faciələrin dünya ictimaiyyətinə çatdırılmasının bütövlükdə bəşəri dəyərlərə qarşı yönəlmiş cinayətlərin qarşısının alınması baxımından önəmini qeyd edib. Ombudsman bu mənada Xocalı faciəsinə xüsusi diqqət yetirilməli olduğunu bildirib, bu faciənin soyqırımı aktı olaraq qəbulunun zəruriliyini vurğulayıb. O əlavə edib ki, beynəlxalq ictimaiyyət bu cür hadisələrə biganə yanaşmamalıdır. 

Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünyaya daha geniş miqyasda çatdırılmasının önəmini qeyd edən A.Qriqoriu cinayətkarların gec-tez layiqli cəzalarını alacaqlarına inandığını bildirib.

 

DİGƏR Xəbərlər Arxiv