YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Əliabbas Salahzadə: Yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi dayanıqlı inkişafın təminatında əsas amillərdəndir

   Milli Məclisin deputatı Əliabbas Salahzadə ölkəmizin davamlı inkişafını şərtləndirən amillərdən bəhs edərkən bildirib ki,     Azərbaycanın bu gün beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi qərarlaşması  iqtisadiyyatımızın  düzgün əsaslar üzərində qurulmasına, islahatların   dövrün, zamanın tələblərinə uyğun təkmilləşdirilməsinə əsaslanır: «Möhtərəm Prezidentimiz İlham Əliyev iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya əsas hədəf kimi qoyaraq son 17 ildə bu istiqamətdə həyata keçirilən uğurlu siyasət nəticəsində iqtisadiyyatın şaxələndirilməsinə nail olunub. Dayanıqlı inkişafın təmin olunmasında, bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi olan sahibkarlığın inkişafında infrastruktur layihələrinin uğurlu icrası əhəmiyyətli rol oynayır. Dövlətimizin başçısı İlham Əliyev Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən nəqliyyat sahəsinə qoyulmuş vəsaitin  bu gün ölkəmizin iqtisadi, xüsusilə qeyri-neft sektorunun inkişafına  müsbət təsir göstərdiyini önə çəkərək bildirmişdir ki,  yol olmayan yerdə inkişaf da olmur. Yol olmayan yerdə fermer öz məhsulunu bazara çatdıra bilmir. Dəmir yolları olmayan yerdə heç bir tranzit imkanından söhbət gedə bilməz.

   Bütün bu amillər  ölkə daxilində infrastrukturun tamamilə yenidən qurulmasını zərurətə çevirdi. Regional inkişaf proqramlarına uyğun olaraq bölgələrdə enerji, qaz, su xətlərinin çəkilişi, yenilənməsi vətəndaş məmnunluğunun artırılması ilə yanaşı, həmçinin  qeyri-neft sektorunun inkişafını daha da sürətləndirir. Təkcə Davos Ümumdünya İqtisadi Forumunun hesabatına diqqət yetirməklə  Azərbaycanın yol-nəqliyyat infrastrukturunun aydın mənzərəsini təqdim edə bilərik.”  

     Ə.Salahzadə qeyd edib ki, infrastrukturun yenilənməsi öz növbəsində iş adamlarının fəaliyyətlərini daha  yüksək səviyyədə qurmalarını şərtləndirir: “Özünüməşğulluq proqramı uğurla icra edilir. Ailə təsərrüfatlarına asan dəstəyi həyata keçirən ABAD mərkəzləri fəaliyyət göstərir. O da məlumdir ki, son illərdə dövlətimizin başçısının tapşırığına uyğun olaraq ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına xüsusi diqqət göstərilir. Bölgələr üzrə aparılan ixtisaslaşma bu prosesi daha da sürətləndirir. Bütün bu hədəflər özlüyündə kompleks tədbirlərin həyata keçirilməsini bir zərurət kimi ortaya qoyur. Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcminin ildən-ilə daha da artırılması, daxili investisiyaların xarici investisiyaları  üstələməsi ölkəmizdə sahibkarlığın inkişafına dəstəyin bariz nümunəsidir. COVID-19-la mübarizə tədbirlərinə başlanarkən dövlətin diqqətdə saxladığı əsas məsələ insanların sağlamlığının, eyni zamanda,  iqtisadiyyatın dayanıqlığının təmin edilməsi oldu. Sahibkarlara dövlət qayğısı  pandemiya dövründə diqqətçəkən addımlar sırasındandır.”

   Ə.Salahzadə vurğulayıb  ki, Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində Qələbəsi ilə bölgədə yeni reallıqlar yaratdı: “Yaranan yeni imkanlar yeni əməkdaşlıq formatlarına yol açmaqla yanaşı, Azərbaycanın tranzit imkanlarını da genişləndirir. İşğaldan azad edilmiş ərazilərdə hazırda böyük nəqliyyat layihələri icra edilməyə başlanıb. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşaya səfəri zamanı   Füzuli beynəlxalq  Hava Limanının və Füzuli-Şuşa avtomobil yolunun təməli qoyuldu.   Kəlbəcər, yaxud Laçın rayonlarının ərazisində ikinci hava limanın inşası nəzərdə tutulur. Bunlarla  paralel olaraq bölgədə nəqliyyat-kommunikasiya sahəsində böyük layihələr müzakirə edilir.  Horadiz-Zəngilan,  Zəngilan-Naxçıvan, Naxçıvan-Türkiyə dəmir yolu layihələri prioritet təşkil edir. İşğaldan azad edilmiş bölgələrimizdə ilk olaraq yol-nəqliyyat infrastukturunun yenidən qurulmasına, təkmilləşdirilməsinə xüsusu diqqət göstərilməsi bu ərazilərin malik olduğu potensial imkanlardan səmərəli istifadəni təmin edəcək ki, bu da öz növbəsində ölkəmizin dayanıqlı inkişafına böyük dəstəkdir.  Xalqımız tam əmindir ki, quruculuq və bərpa işləri  nəzərdə tutulan vaxtda başa çatacaq.  Azərbaycana dost ölkələrin şirkətləri bu ərazilərimizdə görüləcək işlərə cəlb ediləcəklər.”

DİGƏR Xəbərlər Arxiv