YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Hacıyev: Türkiyə regionda əldə olunmuş kövrək sülhün davamlı sülhə çevrilməsində mühüm rol oynamalıdır

Azərbaycan öz ərazilərini işğaldan azad edib və indi regionumuzda yeni imkanlar açılıb.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinarda deyib.

H.Hacıyev bildirib ki, bu xüsusda bütün regionun geniş mənada geosiyasətini dəyişdirərək əməkdaşlığa və inkişafa yönəltmək istiqamətində Türkiyə ilə Azərbaycan qarşısında mühüm vəziflər durur.

PA rəsmisi bildirib ki, Türkiyə Cənubi Qafqazın hər üç ölkəsi ilə həmsərhəddir. Ona görə də Türkiyə regionda əldə olunmuş kövrək sülhün davamlı sülhə çevrilməsində mühüm rol oynamalıdır. Azərbaycanla Türkiyənin sıx birliyi üçün möhkəm zəminlər var.

H.Hacıyev qeyd edib ki, Azərbaycan ilə Türkiyə TAP, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars kimi qlobal layihələri birgə həyata keçirib. Türkiyə və Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində və diaspor sahəsində də sıx əməkdaşlıq edir.