YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azay Quliyev: ATƏT-in Minsk qrupunun hazırkı tərkibi ilə münaqişənin həllinə nail olmaq mümkün deyil

«ATƏT-in Minsk qrupunun hazırkı tərkibi ilə münaqişənin həllinə nail olmaq mümkün deyil». Bu fikri Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı  Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, Azərbaycan rəsmi şəkildə ATƏT-in Minsk qrupunun tərkibinə yenidən baxılması, genişləndirilməsi ilə bağlı məsələsini qaldırmalıdır. Onun fikrincə, artıq bunun  vaxtı çatıb.

«Almaniyanın həmsədrlər sırasına  gətirilməsi, Türkiyənin də bu formata daxil edilməsi vacibdir. Çünki Türkiyənin bu istiqamətdə müəyyən təsir imkanları var. Hazırkı qrupda hər 3 həmsədr – ABŞ, Fransa və Rusiya birmənalı şəkildə Ermənistanı dəstəkləyir. Fransa Ermənistana kiçik qardaş deyir, ABŞ maliyyə yardımı göstərir, Rusiya isə özünün forpostu hesab edir. Ədaləti bərpa etmək üçün bu qrupun tərkibinə yenidən baxılmalıdır. ATƏT PA-nın sessiyasında bu məsələni rəsmi şəkildə qaldırmaq niyyətindəyəm”.

Azay Quliyev Serj Sərkisyanın beynəlxalq məhkəməyə verilməsi ilə bağlı petisiya hazırlandığını deyib və bütün ictimaiyyəti bu petisiyanı dəstəkləməyə çağırıb.  «Bu petisiyanın qəbulu üçün 100 min imza lazımdır. Ümid edirəm ki, bu imzaları qısa zamanda təqdim edəcəyik. Ancaq, KİV-lər bu məsələdə bizə ciddi informasiya dəstəyi göstərməlidir»- deyə, A.Quliyev qeyd edib.