YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Yəhudi Komitəsinin icraçı direktorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 2-də Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycanda gedən sürətli inkişaf proseslərindən məmnunluq ifadə olundu, ölkədə müasir infrastruktur və yeni sənaye sahələrinin yaradılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində görülən işlərin önəmi qeyd olundu.
Söhbət zamanı Azərbaycan Respublikası ilə ABŞ arasında ikitərəfli əlaqələrin inkişafından danışıldı, Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığın genişləndirilməsi ilə bağlı səmərəli müzakirələr aparılması baxımından əhəmiyyəti qeyd olundu.

 

DİGƏR Xəbərlər Arxiv