YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Milli Atlasının və Cənubi Qafqazın 1903-cü il xəritəsinin təqdimat mərasimi keçirilir

Fevralın 2-də Bakıda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə Prezident İlham Əliyevin 2011-ci il 20 aprel və 2012-ci il 18 aprel tarixli sərəncamlarına əsasən nəşr olunmuş “Cənubi Qafqaz: 1903-cü il” xəritəsinin və “Azərbaycan Respublikasının Milli Atlası”nın təqdimat mərasimi keçirilir.
Mərasimdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik Qərib Məmmədov nəşrlərin tarixi əhəmiyyəti, onların ərsəyə gəlməsində görülmüş işlər haqqında geniş məlumat veriblər. Bildirilib ki, 444 səhifədən və 19 bölmədən ibarət olan atlasda mühüm informasiyalar toplanıb, Azərbaycanın həyatı kompleks şəkildə öz əksini tapıb. Burada kənd təsərrüfatı, sənaye, təhsil və digər sahələr, həmçinin milli geyimlər, milli yeməklər və s. barədə məlumatlar var. 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edildiyi nəzərə alınaraq atlasa müvafiq bölmə əlavə olunub.
Tədbirdə “Cənubi Qafqaz: 1903-cü il” xəritəsi barədə də ətraflı məlumat verilib.