YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanında işgüzar səfərdədir

Mayın 12-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Ərəb ölkələri ilə Mərkəzi Asiya dövlətləri və Azərbaycan Respublikası arasında iqtisadiyyat və əməkdaşlıq üzrə Forumun birinci iclasında iştirak etmək üçün Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərinə işgüzar səfərə yola düşmüşdür. 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun Forumda çıxışı və bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulmuşdur.