YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Metyu Brayza: ABŞ ikili standartlar siyasəti yürüdür

Azərbaycan ABŞ üçün çox vacib ölkədir. Bunu Trend-ə ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri, Tallində fəaliyyət göstərən Beynəlxalq Müdafiə Araşdırmaları Mərkəzinin direktoru Metyu Brayza bildirib.

Onun sözlərinə görə, Azərbaycan İran və Rusiya ilə sərhəddə yerləşən yeganə, müxtəlif etnik qrupların yaşadığı tolerant, zəngin ənənələri olan və Qərblə dostluq etmək istəyən ölkədir.

M.Brayza qeyd edib ki, ABŞ son vaxtlar Azərbaycanı tez-tez tənqid edir: "Biz Amerikada tez-tez manipulyasiyaların qurbanı olur və ikili standartlar siyasətini tətbiq edirik, ölkəmizdə oxşar problemləri görməyərək digər ölkələri tənqid edirik".