YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyeva:"Moskva görüşü Azərbaycanın siyasi arenada Ermənistan üzərində bir daha tarixi gələbəsi ilə yaddaşlarda qalacaq "

Yanvarın 11-də Moskvada Rusiya Federasiyasının prezidenti Vladimir Putin, Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirildi.
Görüşün əsas məqsədi 2020-ci il noyabrın 10-da tərəflər arasında imzalanmış üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsi, yaranmış problemlərin aradan qaldırılması, regionda sülhün bərqərar olmasında və gələcəkdə qurulacaq iqtisadi-sosial  inkişaf perspektivlərinin həyata keçirilməsinə dair görüləcək işlərin birlikdə müzakirəsi olub. Yekun olaraq bölgədəki vəziyyətin inkişafına dair birgə bəyanat imzalandı.
Prezident cənab İlham Əliyev hərb meydanında Ermənistanın Baş Naziri Nikol Paşinyanı diz çökdürdüyü kimi, siyasi arenada da onu çıxılmaz və aciz vəziyyətə saldı. İmzalanan bəyanatdan da görünür ki, görüş Azərbaycanın maraqlarını tam şəkildə ifadə edir. 
Görüşdən sonra mətbuat üçün nəzərdə tutulan açıqlamada cənab İlham Əliyev Dağlıq Qarabağ probleminin artıq arxada qaldığını bildirdi və bundan sonra əsas məsələ kimi regionda sülhün bərqərar olmasını, iqtisadi inkişafa nail olunmasını, mehriban qonşuluq şəraitinin yaradılmasının vacibliyini, eləcə də bütün bunların region dövlətləri ilə yanaşı Ermənistanın da iqtisadi və sosial cəhətdən inkişafına müsbət təsir edə biləcəyini qeyd etdi. İmzalanmış bəyanatda nəzərdə tutulmuş istər avtomobil, istərsə də dəmir yol kommunikasiyalarının açılması, Naxçıvan ilə Azərbaycan arasında birbaşa  əlaqələrin yaradılmasına, Azərbaycan ilə Türkiyə arasında quru yolun açılmasına, həmçinin Ermənistanın Rusiya və digər qonşu region dövlətləri ilə Azərbaycanın ərazisilə  çıxışı təmin ediləcək. Cənab İlham Əliyevin üçtərəfli görüşdəki bu mövqeyi bir daha bütün dünyaya onun necə güclü siyasətçi və qətiyyətli lider olduğunu sübut etdi. 
Paşinyan isə öz çıxışında Dağlıq Qarabağın status məsələsini gündəmə gətirməklə və digər absurd fikirləri ilə yenə də özünü gülünc və çıxılmaz vəziyyətə saldı. Paşinyanın özünün də imzaladığı istər 10 noyabr 2020-ci il, istərsə də 11 yanvar 2021-ci il bəyannamələrində Dağlıq Qarabağın statusu ilə bağlı heç bir maddə nəzərdə tutulmamışdır. Hərbi əsirlərin qaytarılması ilə bağlı problemlərin olması fikirləri də tam yersiz idi. Paşinyan bilməlidir ki,  10 noyabr bəyannaməsinə əsasən verilmiş vaxt ərzində Ermənistan silahlı qüvvələrinin işğal olunmuş torpaqlardan çıxarıldıqdan sonra əsir götürülmüş silahlılar hərbi əsirlər deyil, terrorçu sayılırlar. Onlar Azərbaycan qanunları qarşısında cavab verməlidirlər. 
11 yanvar 2021-ci il Moskva görüşləri Azərbaycanın siyasi arenada Ermənistan üzərində bir daha tarixi gələbəsi ilə yaddaşlarda  qalacaq.