YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP GB-nin sədr müavini Ramin Məmmədov Avropada “Qış məktəbi”ndə iştirak edəcək

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov 30 yanvar - 3 fevral 2015-ci il tarixlərində Niderlandda səfərdə olacaqdır.

Həmin tarixlərdə Gənc Mühafizəkarlar Birliyinin (ECPYouth) təşkilatçılığı ilə gənc siyasətçilər üçün Qış məktəbi keçiriləcəkdir. Bir neçə gün davam edəcək qış məktəbində hazırda aktual olan siyasi, iqtisadi mövzular müzakirə ediləcəkdir. Gənc Mühafizəkarlar Birliyinin (ECPYouth) təşkil etdiyi qış məktəbi nəzəri bilik, təcrübələrin ötürülməsi və praktik təlimlərin keçirilməsi şəklində qurulacaqdır. Müxtəlif ölkələrdən olan iştirakçılar təmsil etdikləri təşkilatlar haqqında təqdimat edəcək, müştərək layihələr və tədbirlərin keçirilməsi barədə fikir mübadiləsi aparacaqlar.

Səfər zamanı Niderland Parlamentinin üzvləri ilə görüş nəzərdə tutulmuşdur.

 

DİGƏR Partiya xəbərləri Arxiv