YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pandemiya dövründə gənclərin qarşılaşdığı sosial-iqtisadi çətinliklər mövzusunda İCAPP-ın xüsusi video konfransı keçiriləcək

ICAPP Gənclər Qolunun Həmsədri, YAP Gənclər Birliyinin sədr əvəzi, Milli Məclisin deputatı Ramin Məmmədov Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) baş katibi Cho Byung-jae ilə “Gənclərin təhsili və sosial müdafiəsi” mövzusunda müzakirələr aparıb.
Danışıqlar zamanı gənclərin pandemiya dövründə qarşılaşdığı sosial-iqtisadi çətinlikləri nəzərə alaraq Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Katibliyi tərəfindən sözügedən mövzuda xüsusi video konfransın keçirilməsi təklif edilib. Bildirilib ki, yaxın zamanda üzv siyasi təşkilatlara konfrans haqqında ətraflı məlumat veriləcək.
Qeyd edək ki, Cho Byung-jae Kyunqnam Universitetində Uzaq Şərq araşdırmaları İnstitunun professorudur. O, bundan öncə Xarici İşlər Nazirliyində Koreya Milli Diplomatiya Akademiyasının rəhbəri vəzifəsində çalışıb.
Xatırladaq ki, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı 56 ölkədən 300-dən çox üzv təşkilatları özündə birləşdirir.