YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mövlud Çavuşoğlu: Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin gələn il Türkiyədə görüşə bilərlər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Soçidə Rusiya-Türkiyə Birgə Strateji Planlaşdırma Qrupunun 8-ci iclasında iştirak edirlər.

Nazirlər görüşün əvvəlində çıxış ediblər.

Sergey Lavrov qeyd edib ki, tərəflər Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının növbəti iclasında baxılması üçün təqdim olunacaq məsələlərin geniş dairəsi üzrə danışıqlar aparacaqlar. O deyib ki, bu il pandemiyaya baxmayaraq, Rusiya və Türkiyə prezidentləri çox sıx əlaqədə olublar. Bu, həm ikitərəfli gündəlik, həm də regional və beynəlxalq məsələlərlə bağlı olub.

Mövlud Çavuşoğlu, öz növbəsində, gələn il Türkiyədə Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin görüşünün keçirilə biləcəyini qeyd edib, rusiyalı həmkarı ilə bununla bağlı hazırlıq məsələlərini də müzakirə edəcəyini bildirib.

Nazir Ankaranın Moskva ilə sıx dialoqundan və ticarət, mədəniyyət, turizm, energetika sahələrində fəal əməkdaşlığından məmnun olduğunu vurğulayıb. O, həmçinin xatırladıb ki, gələn il Türkiyə ilə Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 100 illiyi qeyd olunacaq.

Strateji Planlaşdırma Qrupunun iclasının mövzuları, ənənəvi olaraq, ikitərəfli əməkdaşlığın aktual məsələləri və regional problemlərdən ibarət olur. Bu dəfə iclasda Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli Bəyanatının icra olunmasına, humanitar yardım məsələlərinə xüsusi diqqət yetiriləcəyi gözlənilir.