YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“İsrail üçün Yəhudi Agentliyi”nin icraçı direktoru İsaak Herzoq Prezident İlham Əliyevi təbrik edib

“İsrail üçün Yəhudi Agentliyi”nin icraçı direktoru İsaak Herzoq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir: “Yeni 2021-ci il ərəfəsində Sizi səmimi qəlbdən təbrik edir və gələn ilin xoşbəxt və firavan keçməsi ilə bağlı arzularımı çatdırmaqdan şərəf duyuram. Bu fürsətdən istifadə edərək Sizi, həmçinin doğum gününüz münasibətilə də təbrik edirəm.

Yola saldığımız il İsrail, Azərbaycan və dünyanın əksər ölkələri üçün gözlənilməz çətinliklər və misli görünməmiş təhdidlərlə yadda qaldı.

Mən Sizinlə Bakıda görüşməyi səbirsizliklə gözləyirdim, ancaq hamımızın bu il öhdəsindən gəlməli olduğumuz pandemiya həmin görüşümüzü təxirə salmağa məcbur etdi.

Ümid edirəm ki, gələn il Sizinlə görüşmək üçün fürsət yaranacaqdır, çünki həqiqətən də Sizinlə şəxsən görüşüb yəhudi və Azərbaycan xalqları arasındakı tarixi səmimi münasibətlərlə bağlı məmnunluğumu bildirmək istərdim.

Yeni il xalqınıza sülh, firavanlıq və cansağlığı bəxş etsin, xalqlarımız arasındakı səmimi və sıx əlaqələr daha da inkişaf etsin. İsrail ilə Azərbaycan arasındakı strateji əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə və genişlənəcəyinə ümidvaram.

Cənab Prezident, Sizə ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.