YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənilər tarixi-mədəni abidələrimizi dağıtmaqla, həm də bəşəri dəyərlərə qarşı cinayət törədiblər

Siyavuş  Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dekabrın 23-də Zəngilan rayonuna səfər əsnasında növbəti dəfə ermənilərin tarixi-mədəni və dini abidələri vəhşicəsinə dağıtmasına diqqət çəkib, erməni vandallığını sərt tənqid edib. Ölkə başçısı həmçinin, beynəlxalq təşkilatların zamanında bu prosesə yetərincə həssas və duyarlı münasibət ortaya qoymadığını da vurğulayıb.

Ali Baş Komandan: “Zəngilan işğaldan azad olunandan sonra rayonda yerləşən məscidlərin birində donuzların saxlanması ilə bağlı videokadrlar nümayiş etdirilmişdir. Düşmən bizim dinimizi təhqir edib, bütün müsəlmanları təhqir edib. Bax, burada məscid olub, indi yoxdur,  dağıdıblar. İndi bəziləri azad edilmiş torpaqlarda erməni xalqının dini irsi haqqında məsələ qaldırırlar. Bəs, bizim milli-dini irsimiz haqqında niyə heç kim məsələ qaldırmayıb? Bu yaxınlarda UNESCO-nun bir məmuru əsassız bir ifadə işlədib ki, guya bizə müraciət olunub, Azərbaycan isə səssiz qalıb. Biz 30 il ərzində dəfələrlə UNESCO-ya müraciət etmişik, dəfələrlə bildirmişik ki, bizim məscidlərimiz dağıdılıb, tarixi abidələrimiz dağıdılıb, bizim tarixi abidələrimiz erməniləşdirilir, bir dəfə missiya göndərildimi? Bir dəfə bizim müraciətimizə cavab verildimi? Elə müharibə qurtaran kimi başlayıblar ki, erməni xalqının abidələri gərək qorunsun. Biz bütün abidələri qoruyuruq, bütün xalqların abidələrini qoruyuruq və dünya bunu bilir. Amma baxın, görün, məscid olub bura, UNESCO, buraya gəl, gəl gör”.

Qarabağ və ətraf rayonlarda tarixi-mədəni və dini abidələrin dağıdılmasında Ermənistanla yanaşı, əlaqədar beynəlxalq təşkilatların da məsuliyyət payı var.

Ölkə başçısının iradları tamamilə haqlıdır, bu cür abidələr ümumbəşəri mahiyyət daşıyır. Təbii ki, bu məsələdə müvafiq təşkilatların da məsuliyyət payı mövcuddur. Çünki tarixi-mədəni abidələr milli olduğu qədər də, həm də ümumbəşəri sərvət sayılır. Buna görə də hər hansı bir ölkənin milli abidəsini məhv etmək, həm də ümumbəşəri sərvətə, ümumbəşəri mədəniyyətə qəsd etmək deməkdir. Məsələn, Misir piramidaları Misir dövlətinə məxsus olduğu qədər də, həm də bütün bəşəriyyətə məxsusdur, ümumbəşəri mədəniyyəti zənginləşdirən bir abidədir. Ona görə də bu cür abidələri sıradan çıxarmaq, məhv etmək bütün bəşəriyyətə qarşı törədilən cinayət hesab edilir və buna görə də belə abidələrin qorunması ümumbəşəri vəzifədir.

Dağlıq Qarabağ və Qərbi Azərbaycan ərazisində ermənilər 700-dən artıq tarix və mədəniyət abidəsini dağıdıb, adını dəyişdirib. 150-dən artıq kilsə və məbədin, 100-dən çox məscidin dağıdılması, alban kilsələrinin erməniləşdirilməsi həyata keçirilib. Bəzi hallarda alban kilsələrini  söküb öz ərazilərində tikməklə, bu kilsələrin guya onlara məxsus olduğunu iddia etməyə çalışıblar. Təbii ki, ermənilərin törətdikləri bu vəhşiliklərlə bağlı dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, o cümlədən UNESCO-ya dəfələrlə məlumat verilib. Lakin təəssüf ki, erməni işğalı altında qalan torpaqlarımızdakı abidələrimizin qorunması üçün bu təşkilatlar tərəfindən lazımi addımlar atılmayıb.

Ali Baş Komandan qeyd etdiyi kimi dağıdılan abidələrimiz Azərbaycan dövləti tərəfindən yaxın zamanda bərpa olunacaq. Buna görə Ermənistanla yanaşı, həm də müvafiq beynəlxalq təşkilatlar cavabdehlik daşıyır və cənab Prezident öz iradlarında tamamilə haqlıdır.

Yaşasın Ali Baş Komandan!

Yaşasın Müstəqil Azərbaycan Respublikası!