YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyənin xarici işlər naziri Rusiyaya işgüzar səfər edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dekabrın 29-da Rusiyaya işgüzar səfər edəcək.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə bildirib.

O qeyd edib ki, Mövlud Çavuşoğlu Soçidə rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək. Həmin gün Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyət göstərən strateji planlaşdırma qrupunun iclası keçiriləcək.

Tərəflər Azərbaycan, Rusiya, Ermənistan rəhbərlərinin noyabrın 9-da imzaladıqları Bəyanatın müddəalarının həyata keçirilməsi ilə bağlı məsələləri müzakirə edəcəklər. Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətinin qurulması məsələləri barədə də fikir mübadiləsi aparılacaq.

Görüşlərdə, həmçinin Yaxın Şərqdə, Cənubi Qafqazda, Mərkəzi Asiyada, Ukraynada və Qara dəniz hövzəsində vəziyyət nəzərdən keçiriləcək.