YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsrail agentliyi: 27 il davam etmiş işğal dövründə faşist və vandal ermənilər Ağdamı vəhşicəsinə məhv ediblər

Yəhudilər bütün dünyada Hanuka bayramını qeyd etdikləri bir vaxtda mən İkinci Qarabağ müharibəsindən sonra Ağdamda yaranmış vəziyyətlə sələvi yunanlara qarşı üsyan edəndən sonra makkaveylər tərəfindən Yerusəlimdəki Məbədin geri qaytarılması arasında oxşarlığı qeyd etməyə bilmərəm. Mənim nəzərimdə bu yaxınlarda Ağdamın işğaldan azad edilməsi min il bundan əvvəl Hanuka bayramı dövründə Yerusəlimin yəhudilər tərəfindən azad edilməsinə bənzəyir.

Siyasi analitik Raxel Avraam bu sözləri nüfuzlu “Jewish Press” informasiya agentliyinin saytında yazıb.

Raxel Avraamın fikrincə, sələvi yunanların hakimiyyəti dövründə yəhudilər Tövratı öyrənmək, sünnət etmək, koşer qidası yemək, Şabbatı və digər bayramları qeyd etmək hüquqlarından məhrum olunmuşdu. Sələvi yunanlar Yerusəlimdəki Müqəddəs Məbədi murdarladılar, yəhudi xalqını donuzdan və digər murdar heyvanlardan qurban kəsməyə məcbur etdilər. Tövratın müqəddəsliyinə inanan bütün yəhudilər bu qəddarlıq nəticəsində şəhərləri tərk etdilər və mağaralarda gizləndilər. Onlar yenidən azadlıq əldə etmək və yəhudilər kimi yaşamaq üçün qədim yunanlara qarşı üsyan qaldırdılar.

Məqalənin müəllifi Azərbaycanın qədim Ağdam şəhərini qədim yəhudi şəhərləri ilə müqayisə edərək yazır ki, Ağdam şəhəri ermənilər tərəfindən işğal edildiyi dövrdə kabusa çevrilib. Həqiqətən, Ağdamda qeydə alınmış dağıntılar bizim eranın 135-ci ilində Bar-Koxba üsyanı yatırılandan sonra yəhudi xalqının məruz qaldığı dağıntılara oxşayırdı. O vaxt işğalçılar tərəfindən kobud qüvvə tətbiq edilməklə Yerusəlimdə yəhudilərə qarşı etnik təmizləmə aparılmışdı.

Beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert, “İsraildə Azərbaycan Evi”nin icraçı direktoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin icraçı direktoru Arye Qut deyib: “İşğaldan əvvəl Ağdam şəhərində dəmir yolu stansiyası, çoxsaylı tədris müəssisələri, teatr, gözəl bağlar, tarixi abidələr, mədəniyyət və memarlıq nümunələri vardı.

Keçmiş Sovet İttifaqında yeganə Çörək Muzeyi burada yerləşirdi. Azərbaycan Mədəniyyət Nazirliyinin məlumatına görə, həmin muzeydə qədim dövrə və orta əsrlərə aid eksponatlar, o cümlədən daşlaşmış taxıl nümunələri, nadir dənli bitki növləri, kənd təsərrüfatına aid kitablar, qədim əlyazmalar, qədim əmək alətləri və digər eksponatlar vardı. Erməni faşist və vandallar bütün bunları vəhşicəsinə məhv edib, Ağdamı müasir Xirosimaya çeviriblər. Şəhərdəki 100-dən çox memarlıq abidəsi, 80 mədəniyyət və tarix abidəsi, məscidlər və nadir əlyazmalar erməni faşistlər tərəfindən məhv edilib”.

İsrailli ekspert yazır: “ABŞ Qaçqınlar Komitəsinin hesabatına görə, Ağdamın 153.000 sakinindən 128.584 nəfəri məcburi köçkün vəziyyətinə düşüb. Bu gün Ağdamda yalnız kimsəsiz küçələr, dağıdılmış tikililərin ot basmış xarabalıqları qalıb. Şəhər qarət edilib və yandırılıb”.

Məqalə müəllifi vurğulayır ki, ermənilər də qədim dövrdəki sələvi yunanlar kimi Azərbaycan məscidlərində donuz saxlayıb, azərbaycanlılara məxsus sitayiş yerlərini murdarlayıblar.

Raxel Avraam yazır: “Vaxtilə Ağdamda yaşamış azərbaycanlılar 27 ildən sonra artıq kabus vəziyyətində olan bu şəhərə qayıdıblar. Makkaveylər Yerusəlimdə öz məbədlərini təmizlədikləri kimi, azərbaycanlılar da 27 ildə ilk dəfə öz məscidlərindən birinin qalıqlarını ziyarət edib və orada ibadət ediblər. Makkaveylər kimi onlar da bu yeri təmizləyir və dağıntılardan sonra şəhəri bərpa etməyə çalışırlar ki, yenidən orada yaşaya bilsinlər”.

Azərbaycan Prezidenti İlham Əliyev də ölkənin ərazi bütövlüyünün bərpa edilməsini rəsmi Bakının böyük tarixi nailiyyəti adlandırıb.

İsrailin nüfuzlu “Jewish Press” agentliyi sonda qeyd edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycanda müxtəlif xalqları və dinləri təmsil edən bütün vətəndaşlar sülh və mehriban qonşuluq şəraitində yaşayır. Bizim hamımızın bir arzusu vardı və indi həmin arzunu həyata keçirmişik. Biz həm döyüş meydanında, həm də siyasi arenada qələbə qazandıq və bu qələbə ölkəmiz üçün yeni dövr açır. Bu, inkişaf, təhlükəsizlik və tərəqqi dövrü olacaq.