YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Qarabağ Azərbaycandır”

Hicran Xəlilova

YAP Qaradağ rayon Təşkilatının Qadınlar Şurasının sədri

27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin geniş miqyaslı təxribat törədərək cəbhə boyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə tutması nəticəsində, düşmən ordusunun  qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Bu qarşıdurmalar ilə də İkinci Qarabağ müharibəsi başlandı. 44 gün davam edən bu haqq savaşında Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirərək onları Rusiya Federasiyasının vasitəçiliyi ilə məlum üçtərəfli pazılaşmaya imza atmağa və növbəti 20 gün ərzində Kəlbəcər, Ağdam və Laçın rayonlarından silahlı birləşmələrin və qeyri-qanuni məskunlaşmış adamların çıxarılmasına məcbur olundu. Ölkə Prezidentinin sözlərinə istinadən bu Azərbaycanın möhtəşəm qələbəsi, tarixi nailiyyəti oldu. Həm döyüş meydanında, həm də siyasi müstəvidə qazanılmıış bu parlaq qələbə ilə dövlətimizin başçısı özünün və xalqının iradəsini, qətiyyətini, Azərbaycanın bir amal ətrafında yumruq kimi birləşməyə qadir olduğunu, 30 ilə yaxın bir müddət ərzində beynəlxalq təşkilatların edə bilmədiyi işləri öz ordusunun gücü ilə bacardığını dünyaya nümayiş etdirdi.

Çoxsaylı ölkələr və Birləşmiş Millətlər Təşkilatı münaqişəni kəskin şəkildə qınayaraq və hər iki tərəfi, bir çox hallarda təkcə Azərbaycanı gərginliyi azaltmağa və danışıqları təxirə salmadan davam etdirməyə çağırdırlar. Lakin Prezident İlham Əliyevin qətiyyətli mövqeyi və incə diplomatiyası, aparıcı beynəlxalq KİV-lərə verdiyi mükəmməl müsahibələr həmin təşkilatlar və dövlətləri aparılan müharibənin haqq və ədalətin bərpası olduğunu qəbul etməyə vadar etdi. Son nəticədə də Azərbaycanın diqtə etdiyi şərtlər əsasında 10 noyabr 2020-ci il tarixli sənəd imzalandı.

Bu döyüşdən Azərbaycan qalib, ermənilər isə məğlub çıxdılar. Nədə idi Azərbaycanın gücü, qüdrəti? Nədə idi Ali Baş Komandanımızın tarixi qələbəmizə tərəddüdsüz inamı? Əlbəttəki, ilk növbədə Rəhbər-Xalq, Xalq-Rəhbər birliyində. Xalqın Liderinə inamında və Liderin xalqına arxalanmağında idi. Bu qələbə təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan, onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən incə siyasətin məntiqi nəticəsi idi.

Azərbaycan xalqı qədim tarixə, mədəniyyətə, dövlətçilik ənənələrinə malik olub dünya xalqlarının tərkib hissəsidir. Lakin uzun illər boyu regionda yürüdülən məkrli siyasət bu xalqın müstəqilliyini əlindən almış, keçmişini ona unutdurmaq üçün planlı işlər həyata keçirilmişdi. Bizə qarşı tətbiq edilən siyasəti incəliklərinə kimi bilən böyük Azərbaycanlı Heydər Əliyev həmin siyasətin qarşısını aldı və hələ Sovet dönəmi olan ötən əsrin 60-cı illərində ölkənin gələcək müstəqilliyinin ilk təməl daşlarını qoymağa başladı. Ulu Öndər ikinci dəfə hakimiyyətə gəlişindən sonar təkcə Azərbaycanın müstəqilliyini xilas etmədi. Onun müstəqilliyinin əbədi olunması üçün mükəmməl sosial-iqtisadi, siyasi baza yaratdı. Ən başlıcası isə xalqı üçün özü kimi bir lideri-İlham Əliyevi yetişdirdi. Ulu Öndərin qoyduğu yolu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan yeni bir tarix, şərəfli bir tarix yazdı – “Azərbaycanın zəfər tarixini”. Bu gün Dövlət Başçımızın aforizmə çevrilmiş “Qarabağ Azərbaycandır!” kəlmələri böyük iftixarla səslənir. Bir vaxt Ümummilli Liderin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” deyimi dünyanın hər bir yerində hər bir Azərbaycanlı tərəfindən qürurla səslənir.

Bu gün hər birimiz əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi altında bizi daha böyük qələbələr, nailiyyətlər gözləyir!