YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Səbail rayon Gənclər Birliyini növbəti sosial aksiyasını həyata keçirdi

Yeni Azərbaycan Partiyası həm COVID-19 koronavirus pandemiyası ilə əlaqədar respublika ərazisində elan olunmuş karantin dövründə, həm də Vətən müharibəsi günlərində daim vətəndaşları narahat edən problemləri diqqət mərkəzində saxlayır və əhalinin həssas təbəqəsinə aid olan, xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara, o cümlədən ahıllara, tənha xəstələrə, kimsəsizlərə, aztəminatlı ailələrə, şəhid və veteran ailələlərinə, əlillərə lazımi diqqət göstərir.

Azərbaycan xalqının 30 ilə yaxındır ki, həsrətində olduğu torpaqlarımızın işğaldan azad olunması və Azərbaycanın möhtəşəm tarixi qələbəsi ilə nəticələnən İkinci Qarabağ, Vətən müharibəsi dövründə Yeni Azərbaycan Partiyası Vətən uğrunda döyüşərək canlarından keçən Şəhidlərimizin ailələrini, sağlamlığını bu müqəddəs amal uğrunda qurban verən qazilərimizi və hərbi xidmətdə olan əsgər-zabitlərimizin ailələrini daim xüsusi diqqət, qayğı mərkəzində saxlayır.

Bugünlərdə YAP Səbail rayon Gənclər Birliyinin üzvləri bu çərçivədə növbəti humanitar aksiya həyata keçirdi. Gənclər, hərbi xidməti davam edən Səbail rayon sakininin ailəsinə baş çəkdilər və pandemiya ilə mübarizə üçün ölkədə elan olunmuş sərt karantin rejimi ilə əlaqədar əsgərin körpəsinə gündəlik qidalanma və qulluq vasitələrini çatdırdılar.

Allah Azərbaycan Ordusunu və əsgər-zabitlərimizi qorusun!