YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Qarabağ Zəfəri ilə Qafqaz tarixinə yeni bir səhifə yazıldı

Qarabağ Zəfəri ilə Qafqaz tarixinə yeni bir səhifə yazıldı. İnanıram ki, bundan sonra bölgənin tarixi yeni bir istiqamətdə formalaşacaq.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Azərbaycana tarixi bir səfər etdiyini deyən Türkiyə Prezidenti bildirib: “Bir millət, iki dövlət” prinsipi Azərbaycanla həmrəyliyimizin təməl fəlsəfəsidir. Bu birlik və həmrəylik Qarabağın azad olunması ilə taclandırıldı. Qarabağ Zəfərini gətirən 44 günlük mübarizə zamanı hər an Azərbaycanın yanında olduq. Qarabağ Zəfəri ilə Qafqaz tarixində yeni bir səhifə açıldı. İnanıram ki, bundan sonra bölgənin tarixi yeni bir istiqamətdə formalaşacaq. Üzərində çalışdığımız altılı platforma hər kəs üçün qazanc imkanları təmin edəcək bir təşəbbüsdür. Ermənistan da bu prosesə qatılarsa və müsbət addımlar atarsa, Türkiyə-Ermənistan münasibətlərində də yeni bir səhifə açıla bilər. Yeni imkanlar olduğu təqdirdə şübhəsiz ki, burada Ermənistanın da qazancı xeyli artar. Bundan ən çox da Ermənistan qazanacaq”.

Azərbaycanda imzalanana ikitərəfli razılaşmalara da toxunan Rəcəb Tayyib Ərdoğan bu əməkdaşlıqlar çərçivəsində artıq iki qardaş ölkə arasında gediş-gəlişlərin şəxsiyyət vəsiqələri ilə mümkün olacağını bildirib, həmçinin Qarabağın yenidən inşasında Türkiyənin rolu və bu kimi bir sıra məsələlər haqqında məlumat verib.