Xəbərlər
Prezident İlham Əliyev Mənsur Məmmədovun Ucar rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında Sərəncam imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mənsur Həmzə oğlu Məmmədovun Ucar rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında Sərəncam imzaladı.
Prezident İlham Əliyevin digər Sərəncamı ilə Yaşar Qəhrəman oğlu Məmmədov Ucar rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edildi.