YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rasim Musabəyov: Azərbaycan öz müdafiə imklanlarını genişləndirir və qonşu ölkələrlə daha sıx müttəfiqlik münasibətləri qurur

«Erməni diplomatları həmişə Rusiyanın xoşuna gələn fikirlər səsləndirməyə çalışırlar. Bu mənada Ermənistanın Rusiyadakı səfirinin Krımda baş verən hadisələrlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini eyniləşdirməsi cəhdləri məntiqsizdir». Bu fikirləri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, burada əsas məsələ Rusiyanın rəsmi mövqeyidir. Onun sözlərinə görə, rəsmi mövqe Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsindən ibarətdir.

«Biz güclü orduya malik olmalıyıq ki, beynəlxalq təşkilatlar Azərbaycanın tutuduğu mövqe ilə hesablaşsınlar. Burada söhbət tək ordudan deyil, eləcə də iqtisadi gücdən və diplomatik əlaqələrimiz nəticəsində qazanılan beynəlxalq gücdən gedir. Bu baxımdan, ölkəmiz ciddi nailiyyətlər əldə edir. ATƏT-in Minsk qrupu həmsədlərinin ümidinə qalsaq, Azərbaycanı qane etməyən sülh prosesi ola bilər. Amma ölkəmiz bununla razılaşmır. Azərbaycan dövləti öz müdafiə imklanlarını genişləndirir və qonşu ölkələrlə daha sıx müttəfiqlik münasibətləri qurur. Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin Tbilisidə keçirilən görüşünü buna nümunə olaraq göstərmək olar. Biz bütün münaqişə bölgəsinə yaxın ölkələrlə çox sıx diplomatik münasibətlər qururuq və bu da işğalçı Ermənistan dövlətinə qarşı təzyiqə çevrilməlidir. Azərbaycan heç kimin ümidinə qalmayıb. Biz ilk növbədə öz qüvvəmizə arxalanmalıyıq»- deyə, politoloq qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv