YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Azərbaycanda dinlərə böyük hörmət var

“Azərbaycan xalqı tarixən dinlərə və millətlərə hörmət ruhunda tərbiyə alıb. Müasir dövrdə bu, daha aydın görünür və ölkəmizdə yaşayan hər bir kəs istədiyi dinə etiqad etməkdə azaddır. İnsanlar dininə, dilinə, irqinə görə fərqləndirilmir və Azərbaycan vətəndaşı olan insanlar bütün konistison hüquqlara malikdirlər”. Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir rzayev deyib.

Tahir Rzayev bildirib ki, İslami dəyərlərə hörmət və ehtiramla yanaşan xalqımız başqa dillərə mənsub olan, ancaq ölkəmizin vətəndaşı kimi uğurlarımızın, qələbələrimizin təmin olunmasında zəhmət sərf edən hər bir insanı dəyərləndirir və onu özünün dostu, qardaşı hesab edir. Məhz buna görə də Azərbaycanda müxtəlif dinlərə mənsub olan insanlar bir ailənin üzvü kimi yekdil, bərabər və yumruq kimi birdirlər.

Komitə sədrinin sözlərinə görə, İkinci Qarabağ müharibəsində bu birlik, həmrəylik öz sözünü dedi, ölkə vətəndaşlığını daşıyan ruslar, yəhudilər, gürcülər, ləzgilər, talışlar, mesxeti türkləri və başqaları döyüşlərdə ön sırada getdilər, vətən üçün canlarını qurban verməyə belə hazır olduqlarını nümayiş etdirdilər: “Əlbəttə ki, dünyanın bir çox ölkələri xalqımızın birliyinə, ölkəmizin tolirantlığına həsəd aparırlar və bu bizdə qürur doğurur. Azərbaycan dövləti dini ibadətgahların, müqəddəs ocaqların, abidələrin qorunub bərpa edilməsində də nümunə göstərir və bu məsələ insanların inancına hörmət daim diqqət mərkəzindədir. Ancaq çox təəssüflər olsun ki, dövlətimizi istəməyən bəzi qüvvələr, ölkələr dindən də ölkəmizə təsir vasitəsi kimi istifadə etməyə çalışırlar. Bu günlərdə azərbaycanlıların işğaldan azad olunmuş ərazilərdə dini abidələri məhv edəcəkləri barədə əsassız uydurmalar yayılır ki, bununla bağlı əldə heç bir fakt yoxdur və deyilənlər həqiqəti əks etdirmir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev də bu məsələyə bir neçə dəfə öz münasibətini bildirib və qeyd edib ki, dini abidələrlə bağlı narahatçılığa heç bir əsas yoxdur. Dövlətimiz nəinki Azərbaycan ərazilərindəki dini abidələri, eləcə də bu bir faktdır ki, son illərdə bəzi ölkələrdə olan dini abidələri də bərpa edib. Bu, humanist bir addım olmaqla həm də dinlərə və millətlərə verilən qətiyyətin göstəricisidir”.

DİGƏR Xəbərlər Arxiv