YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Səfir Hulusi Kılıç: Fransa Senatının qərarının hüquqi əsası yoxdur

Azərbaycan dövlət müstəqilliyini elan edəndə - 1991-ci ildə onun ərazisi Dağlıq Qarabağ da daxil olmaqla, ətrafdakı yeddi rayonla birlikdə tanınıb. Ermənistan bu torpaqların 20 faizini sonrakı illərdə işğal edib. Bütün bunlar beynəlxalq hüquqi sənədlərdə əksini tapıb.

Bu fikirləri Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç  Fransa parlamentinin yuxarı palatası olan Senatın məlum qərarını şərh edərək bildirib.

Qəbul edilən qərarı hüquqi əsası olmayan kağız parçası kimi dəyərləndirən səfir Hulusi Kılıç deyib ki, ümumiyyətlə, bu cür müzakirələr və qəbul olunan qərarlar siyasi təzyiq vasitəsidir.

Beynəlxalq təşkilatların, dünya birliyinin Azərbaycanın ərazi bütövlüyünü işğal altında olan torpaqlar, o cümlədən Dağlıq Qarabağın da daxil olduğu sərhədlər çərçivəsində tanığını diqqətə çatdıran səfir deyib ki, Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyan beynəlxalq sənədlərin qəbuluna səs verən ölkədir. İndi Senatda erməni lobbisinin təsiri ilə hüquqi əsası olmayan tövsiyə xarakterli belə bir qətnamə qəbul etmək bu ölkəyə ancaq utanc gətirəcək.

 

DİGƏR Xəbərlər Arxiv