YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Rövşən Rzayev: Azərbaycan Kəlbəcərdə girov götürülən iki azərbaycanlının azad edilməsi istiqamətində beynəlxalq birlikdən ədalətli mövqe gözləyir

«Azərbaycan Kəlbəcərdə girov götürülən iki azərbaycanlının azad edilməsi istiqamətində beynəlxalq birlikdən ədalətli mövqe gözləyir». Bu fikri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib.

R. Rzayev bildirib ki, girovlarla bağlı ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyanın mövqeyi həlledici təsirə malik ola bilər. Onun sözlərinə görə, xarici işlər naziri Sergey Lavrovun öz ölkəsinin bu istiqamətdə səylər göstərəcəyi haqda fikirləri müsbətdir.

«Rusiya beynəlxalq hüquq normalarına əsasən öz mövqeyindən istifadə edərək məsələnin ədalətli həlli üçün təsirli addımlar ata bilər. Girov saxlanılan azərbaycanlılarla bağlı erməni tərəfindən tamamilə qanundan kənar hərəkətlərə yol verilib. Ona görə də,  bu məsələ tezliklə həllini tapmalı, azərbaycanlılar girovluqdan azad edilməlidir»- deyə, komitə sədrinin müavini vurğulayıb.   

DİGƏR Xəbərlər Arxiv