YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi ümumi sərmayənin 72,3 faizini təşkil edib

2014-cü ilin yanvar-dekabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi ümumi sərmayənin 72,3 faizini təşkil edib. Həmin vəsaitin 63,4 faizi dövlət bölməsinin payına düşüb.
Dövlət Statistika Komitəsindən bildiriblər ki, əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 9 milyard 654 milyon manat olub.
Bu dövr ərzində bank kreditləri 540,9 milyon manat, büdcə vəsaitləri 6 milyard 452,2 milyon manat, büdcədənkənar fondların vəsaitləri 324,6 milyon manat, əhalinin şəxsi vəsaitləri 566,9 milyon manat, digər vəsaitlər isə 77,2 milyon manata çatıb.

 

DİGƏR Xəbərlər Arxiv