YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

“The Hill” qəzeti: Azərbaycan tolerantlıq və multikulturalizm ölkəsidir

Amerikada çıxan “The Hill” qəzetində beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qutun “Azərbaycan tolerantlıq və multikulturalizm ölkəsidir” sərlövhəli məqaləsi dərc edilib.
Müəllif yazır ki, Azərbaycanda dini tolerantlıq barədə çox danışırlar. ABŞ-ın dünya ölkələrində dini etiqad azadlığı üzrə komissiyası isə, məlum olmayan səbəblərə görə, Azərbaycanda və Qazaxıstanda dini etiqadla bağlı vəziyyətdən narahatdır.
Arye Qut vurğulayır: “Qəribədir, bu komissiyanın analitikləri israr edirlər ki, dövlətlər radikal dini ekstremistlər və radikal ideologiyalar üçün maneələr yaratmamalıdırlar”.
ABŞ-ın dini etiqad azadlığı üzrə komissiyasının məntiqinə görə, Avropa liderlərinin yaxın vaxtlardakı çıxışları, o cümlədən Britaniyanın Baş naziri Devid Kemeronun Ağ evdəki çıxışı, yaxud Fransa və Belçika polislərinin hərəkətləri həmin komissiya tərəfindən pislənilməlidir. Bu da öz növbəsində, həm Amerikanın müxtəlif orqanları arasında koordinasiya olmamasını, həm də beynəlxalq münasibətlərin ən mühüm məsələlərinə dair strateji mövqeyin olmamasını nümayiş etdirir.
Azərbaycanda doğulmuş və hazırda İsrail vətəndaşı olan müəllif bu məqalədə daha sonra Azərbaycanda müsəlmanların və yəhudilərin nümunəvi birgəyaşayışından söhbət açır. O qeyd edir ki, Azərbaycan rəhbərliyi ölkənin yəhudi icmasını dəstəkləyir. Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə iki sinaqoq və Cənubi Qafqazda ən iri yəhudi təhsil mərkəzi inşa edilib. A.Qut yazır ki, regionda ilk yəhudi muzeyinin inşası da planlaşdırılır.
Arye Qut sonda yazır ki, Azərbaycanda yəhudilərin azadlığına və tolerantlığına göstərilən qayğı sayəsində Prezident İlham Əliyev İsrail cəmiyyətində haqlı olaraq dərin hörmət qazanıb.

 

DİGƏR Xəbərlər Arxiv