YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyeva: Görülən işlər nəticə etibarilə ölkəmizdə güclü insan kapitalının formalaşmasına xidmət edir

«Təhsil faktoru öz strateji əhəmiyyətinə görə dünyanın yeni inkişaf trendlərini, tərəqqinin konseptual əsaslarını müəyyən edir. Bu mənada, qloballaşan dünyanın tələblərinə uyğun təhsil sistemi formalaşdırmaq, bu sahədə davamlı islahatlarla yüksək inkişafa malik olmaq ölkənin beynəlxalq rəqabətliliyini şərtləndirən əsas amillərdən biri kimi çıxış edir». Bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva deyib.

K.Əliyeva bildirib ki, ölkəmizdə təhsilin inkişafına dövlət səviyyəsində xüsusi diqqət yetirilir. Onun sözlərinə görə, Azərbaycanda təhsilin inkişafı konseptual xarakter daşıyır.

«Ümumiyyətlə, cəmiyyət daxilində təhsil sektorunun inkişafı digər sahələrin də tərəqqisinə mühüm töhfələr verir. Çünki hər hansı cəmiyyətdə təhsilsiz inkişaf mümkün deyil. Bu mənada son günlər ölkə Prezidentinin təhsilin inkişafına xidmət edən sərəncamları xüsusi əhəmiyyət kəsb edir. Bildiyiniz kimi, dövlət başçısı tərəfindən  «Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası»nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının təsdiq olunması haqqında» və «Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında» sərəncamlar imzalanıb. Təbii ki, bu sərəncamlar ölkəmizdə həyata keçirilən təhsil islahatlarına böyük təkan verəcək, tədrisin keyfiyyətini daha yüksəldəcək. Bütün bunlar nəticə etibarilə ölkəmizdə güclü insan kapitalının formalaşmasına xidmət edir»- deyə, komitə üzvü vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv