YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Azərbaycan-Fransa biznes Forumu keçirilmişdir

Mayın 12-də Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-Fransa biznes forumu keçirilmişdir.

Biznes forumda dövlət və hökumət nümayəndələri ilə yanaşı, müxtəlif sahələrdə fəaliyyət göstərən 200-dək azərbaycanlı, 90-dək fransalı iş adamı iştirak etmişdir.

Forumun plenar sessiyasında Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Fransa Şirkətlər Birliyinin (“MEDEF International”) Fransa-Azərbaycan Biznes Şurasının və Torpaqların Müdafiəsi və Təhlükəsizlik Sənayesi Birliyinin (GİCAT) rəhbəri Kristian Mons çıxış etmişlər.

Sonra biznes forum “Ənənəvi enerji və gələcəyin enerjisi”, “İqtisadi şaxələndirmə və sənayenin inkişafı”, “İnfrastruktur və yeni texnologiyalar” mövzularında “dəyirmi masa”larla işini davam etdirilmişdir.

Sonda Azərbaycan-Fransa sənədləri imzalandı.

DİGƏR Xəbərlər Arxiv