YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ağstafa rayon təşkilatı Vətən müharibəsində qazanılmış möhtəşəm qələbəni qeyd edib

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı Vətən müharibəsində qazanılmış möhtəşəm qələbəni qeyd edib.

Rayon təşkilatının inzibati binasının qarşısına toplaşan partiya üzvləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qələbəsini böyük coşqu və sevinc hisləri ilə qarşılayıblar.

Tədbir iştirakçıları bildiriblər ki, ərazi bütövlüyümüzün təmin olunması ilə başa çatan müharibəmiz tariximizə qızıl hərflərlə yazılacaq. Bu şanlı qələbə şəhidlərimizin ruhunu şad etdi, onların qanı yerdə qalmadı.

Qeyd edək ki, qələbə münasibətilə YAP Ağstafa rayon təşkilatının inzibati binasının qarşısında konsert təşkil olunub.