YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sinan Oğan: Azərbaycanın qazandığı tarixi Qələbə türk dünyasına əvəzsiz hədiyyədir

Bu şanlı zəfəri bizlərə qazandıran Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev başda olmaqla, bütün Azərbaycan xalqını və qəhrəman Ordumuzu təbrik edir, şəhid övladlarımıza rəhmət, yaralılara şəfa diləyirəm. Azərbaycanın qazandığı bu Qələbə bütün türk dünyasının zəfəridir.

Bu fikirləri  Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı Sinan Oğan ifadə edib.

Qazanılan tarixi Qələbəni Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin türk dünyasına əvəzsiz hədiyyəsi kimi dəyərləndirən Sinan Oğan deyib: “İki böyük xəyalımız var idi. Onlardan biri işğal altındakı torpaqların azad olunması, digəri isə türk dünyası arasında birbaşa əlaqənin qurulması idi. Bir zəfərlə bu iki xəyalın hər ikisi gerçəkləşdi”.

Sinan Oğan əminliklə ifadə edib ki, işğaldan azad olunan ərazilərin bərpası və qaçqınların öz yurdlarına qayıdışı tezliklə və uğurla başa çatacaq.