YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Hacıyev: Erməni lobbisi tərəfindən jurnalistlərin təhdid edilməsini, ifadə azadlığına qarşı hücumları şiddətlə qınayırıq

Hazırda İtaliyanın “La Repubblica” qəzetinin jurnalisti Peitro Del Re erməni lobbisinin təhqiramiz hücumuna məruz qalır.

Bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında yazıb.

Prezidentin köməkçisi bildirib ki, erməni lobbisi tərəfindən jurnalistlərin təhdid edilməsini, azad mediaya, ifadə azadlığına qarşı bu cür hücumları şiddətlə qınayırıq.

“Biz “Sərhədsiz Reportyorlar”a, ATƏT-in media azadlığı üzrə nümayəndəsinə çağırış edirik ki, Ermənistan-Azərbaycan münaqişəsinin obyektiv reallıqlarını işıqlandıran peşəkar jurnalistlərə və mediaya qarşı fiziki, mənəvi təhdidləri, təhqiramiz şəxsi hücumları qınasınlar. İfadə azadlığına hörmət edilməlidir”, - deyə Hikmət Hacıyev vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv